“Fəthullah Gülən dövlət çevrilişinə cəhdə görə qanun qarşısında cavab verməli olacaq. Siz hamınız bilməlisiniz ki, terror qruplaşmasının rəhbəri Gülən Türkiyəyə qaytarılacaq və cinayət əməllərinə görə məhkəmə qarşısında cavab verəcək”. Modern.az saytı Türkiyə mediasına istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım İstanbulda keçirilən mitinqdə bildirib.
Onun sözlərinə görə, hökumət çevrilişə cəhd edənlərə qarşı münasibətdə intiqam hissi deyil, qanunu rəhbər tutacaq.
Modern.az