Modern.az

Kanoe-slalomçumuz yarımfinala yüksəlib

Kanoe-slalomçumuz yarımfinala yüksəlib

Aktual

8 Avqust 2016, 00:09

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə debüt edib.

 

Təmsilçimiz ilk keçidi 95.12 nəticə ilə 14-cü sırada tamamlayıb. İkinci keçiddə nəticəsini daha da yaxşılaşdıran Meqliç maneələri 90,70 saniyəyə dəf edib. Bununla da o, ümumi sıralamada 11-ci yeri tutaraq yarımfinala yüksəlməyə haqq qazanıb.

 

Qeyd edək ki, iki keçiddən sonra 21 idmançı arasında ən yaxşı nəticə göstərən ilk 15 atlet yarımfinala yüksəlib. Bu mərhələnin yarışları avqustun 10-u saat 20:30-da başlanacaq. Mübarizədə də ilk 10-luğa girəcək atletlər isə həmin gün saat 22:15-də başlayacaq finalda çıxış etməyə haqq qazanacaqlar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?