Bu gün - avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentləri üçlükdə ilk dəfə bir araya gələcəklər.
Modern.az saytının məlumatına görə, Bakıdakı Heydər Əliyev Mərkəzində baş tutacaq görüşdə prezidentlərin müxtəlif məsələləri müzakirə edəcəyi gözlənilir. İlk növbədə üç ölkə arasındakı ticarət əlaqələri, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inşası və Xəzərin statusu ilə bağlı məsələlərin tərəflər arasında əsas müzakirə mövzusu olacağı gözlənilir.
Ekspretlər prezidentlərin ilk dəfə bu formatda keçirəcəkləri görüşün müsbət nəticələr verəcəyinə ümid edirlər. Xüsusilə görüşün iqtisadi perspektivi yüksək qiymətləndirilir. O cümlədən energetika sahəsində əməkdaşlıq məsələsinin müzakirə olunacağına diqqət çəkən politoloqlar gələcək münasibətlərdə bir sıra perspektivlər gözlənildiyini istisna etmirlər.
Prezidentlərin Bakı sammitində beynəlxalq məsələlərlə bağlı da fikir mübadiləsinin aparılacağı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da diqqət yetiriləcəyi da istisna deyil.
Modern.az