Modern.az

Bu gün daha 3 idmançımız Olimpiadada mübarizəyə qoşulacaq

Bu gün daha 3 idmançımız Olimpiadada mübarizəyə qoşulacaq

Aktual

8 Avqust 2016, 09:41

8 avqust Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiadanın 4-cü günüdür. Modern.az saytı xəbər verir ki, bu gün olimpiadada Azərbaycanın daha 3 idmançısı mübarizəyə qoşulacaq.

Bunlar qılıncoynadan Səbinə Mikina, cüdoçu Rüstəm Orucov (73 kq), boksçu Abdulqadir Abdullayev (91 kq) olacaq.

Qeyd edək ki, dünən boksçumuz Teymur Məmmədov 81 kiloqram çəki dərəcəsində ukraynalı rəqibi Denis Solonenkonu 2-1 məğlub edərək, 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?