Modern.az

Azərbaycanda istirahətə gedən 10 nəfər meşədə azdı

Azərbaycanda istirahətə gedən 10 nəfər meşədə azdı

Aktual

8 Avqust 2016, 10:03

Siyəzən rayonu, Qalaaltı kəndində istirahətə gedən 10 nəfər meşədə azıb.

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə  istinadən xəbər verir ki.

 

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Siyəzən rayonu, Qalaaltı kəndində 10 nəfərin meşədə azaraq köməksiz vəziyyətdə qalmaları barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin ediblər. 

Əməliyyat saat 20:55-də başa çatıb. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?