Ermənistan rəhbərliyi Dağlıq Qarabağın ətrafındakı rayonlarda da süni köçürmə siyasətini davam etdirir.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə separatçı rejimin rəhbəri Bako Saakyan Qubadlı rayonun Xanlıq kəndində 17 mənzildən ibarət yaşayış kompleksinin istifadəyə verilməsində iştirak edib.
Qubadlı və Zəngilan rayonlarında taxılçılığın inkişafından danışan Saakyan Xanlıq kəndinin əhalisinin yaxın 10 ildə mini keçəcəyini bildirib.
Vüqar İSMAYILOV