Türkiyənin yağ istehsalı üzrə böyük şirkətlərindən biri olan "Orkide Yağları"ın rəhbəri Əhməd Küçükbay saxlanılıb.
Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ə.Küçükbay Türkiyədə hərbi çevriliş cəhdində təqsirli bilinən Fətullah Gülən hərəkatını maliyyələşdirməkdə ittiham olunur.
"Orkide Yağları" şirkəti 2003-cü ildə yaradılıb, dünyanın 102 ölkəsinə bitki yağları ixrac edir.
Modern.az