Bu gün səhər Xətai rayonunda sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtobusun qalan hissələri yanğından mühafizə olunub.
Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az-a məlum olub ki, hadisə 49 saylı marşrut xətti üzrə işləyən avtobus Babək prospektində hərəkət etdiyi vaxt baş verib.
Xoşbəxtlikdən sərnişinlər arasında xəsarət olan olmayıb.
Modern.az