Modern.az

Müsavat Partiyasından Razi Nurullayevə İRAD

Müsavat Partiyasından Razi Nurullayevə İRAD

Aktual

8 Avqust 2016, 12:31

 

Razi Nurullayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavinliyi vəzifəsindən getdikdən sonra eyni adlı qurum yaratdığını bəyan etdi.

 

Lakin bu yaxınlarda Razi Nurullayevin AXCP-sində kütləvi istefalar oldu.

Məsələyə Müsavat Partiyası da reaksiya verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a bildirib ki,  Razi Nurullayevin AXCP adına iddia etməsi yanlışdır.

“AXCP Əli Kərimlinin rəhbərlik etdiyi partiyadır. Müsavat Partiyası öz mövqeyini 2 il bundan əvvəl sərgiləyib. Ona görə də əlavə baş verən hadisələr bizi maraqlandırmır.

 

Müsavat Partiyasının tanıdığı, Əli Kərimlinin rəhbərlik etdiyi qanuni partiyadır. Razi Nurullayevin AXCP-si isə  Əli Kərimlinin sədri olduğu AXCP-yə alternativ ola bilməz.”

 

Qafar Ağayev

 

Sizə yeni x var
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?