Modern.az

Rio Olimpiadasında portuqaliyalı naziri qarət olundu

Rio Olimpiadasında portuqaliyalı naziri qarət olundu

Aktual

8 Avqust 2016, 14:53

Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriqes qarət olunub. Modern.az İspaniya KİV-nə isitnadən xəbər verir ki, qarətçi dərhal tutulub.

 

Portuqaliya nümayəndə heyətinin tərkibində Braziliyaya gələn nazir Rio-de-Janeyro küçələrindən birində əli bıçaqlı şəxsin hücumuna məruz qalmışdı.

 

Qarətçi nazirin pul kisəsini və mobil telefonunu oğurlayaraq qaçıb. Lakin çox da uzaqlaşa bilməyən cinayətkarı yerli sakinlər tərəfidnə tutularaq polisə verilib.

 

Brandao Rodrigez hücum zamanı qorxuya düşdüyünü etiraf etsə də, hazırda baş verənlər barədə düşünmədiyini deyib.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?