Modern.az

Arvadını boğulmaqdan xilas etdilər, əvəzində əri tərəfindən bıçaqlandılar

Arvadını boğulmaqdan xilas etdilər, əvəzində əri tərəfindən bıçaqlandılar

Aktual

8 Avqust 2016, 15:15

Baykal gölü sahilində faciəli ailə dramı yaşanıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Buryatiyanın Ust-Barquzin qəsəbəsində spirtli içki qəbul edən ər-arvad göldə çimməyə başlayıblar. Lakin bu zaman qadın boğulmağa başlayıb və insanları köməyə çağırıb.

 

Hadisə yerinə yaxın olan 2 gənc qadının köməyinə gələrək ərinin də köməyi ilə qadını sudan çıxarıblar.

 

Lakin bu zaman alkoqolun təsiri altında olan ər gənclərə təşəkkür yerinə onları təhqir edib və qaçıb gizlənib.

 

Lakin bir neçə dəqiqə sonra sahilə geri dönən kişi əlindəki bıçaqla gənclərə zərbələr endirib. Bıçaq onlardan birinin ayağında arterial damar kəsildiyi üçün ani ölüm baş verib.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?