Modern.az

Ağcabədi, Ağdam və Tərtərdə partlamış hərbi sursatlar aşkarlanıb

Ağcabədi, Ağdam və Tərtərdə partlamış hərbi sursatlar aşkarlanıb

Aktual

8 Avqust 2016, 18:44

Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 8-də iki əkin sahəsi və 1 otlaq sahəsində, 6 partlayış yerinə baxış keçiriblər. Nəticədə partlamış hərbi sursatların qalıqları aşkarlanaraq götürülüb və 14 min kvadratmetr ərazi yoxlanılıb.

 

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində partlamış top mərmisinin, Ağdam rayonunun Əfətli kəndində partlamış top mərmisi və 9M22U qrad raketinin, Tərtər rayonunun Şıxarx kəndində isə partlamış hərbi sursatın qalıqları aşkar olunub.

 

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən avqustun 8-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3470 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkarlanaraq zərərsizləşdirilib.

 

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?