Modern.az

Putin: “Ölkələrimiz azalan ticarət dövriyyəsinin artırılması yollarını tapa bilər”

Putin: “Ölkələrimiz azalan ticarət dövriyyəsinin artırılması yollarını tapa bilər”

Aktual

8 Avqust 2016, 18:54

"Azərbaycanla əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri alıb. Bu isə əlaqələrin şaxələndirilməsi üçün çox vacibdir".

 

RİA "Novosti" xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

 

Onun sözlərinə görə, Rusiya və Azərbaycan həcmi dollar ifadəsində azalan ticarət dövriyyəsinin artırılması yollarını tapa bilər.

V.Putin bu azalmanın səbəbləri kimi dünya iqtisadiyyatında və ölkələrin iqtisadiyyatındakı böhranı, ölkələrin ənənəvi ixrac mallarının qiymətinin aşağı düşməsini, bununla əlaqədar olaraq valyuta məzənnələrindəki problemi göstərib.

"Fiziki həcmləri biz yenə saxlayırıq. Amma bizim perspektiv vəd edən yaxşı layihələrimiz var. Özü də söhbət təkcə energetika sahəsindəki layihələrdən yox, digər sahələrdəki mümkün ideyalardan gedir", - deyə Rusiya prezidenti bildirib.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?