Modern.az

“Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir” - Prezident

“Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir” - Prezident

Aktual

8 Avqust 2016, 20:30

"Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıdırlar”. Modern.az saytı "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən üçtərəfli sammitdə çıxışı zamanı bildirib.

Prezident  vurğulayıb ki, münaqişə mütləq beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status kvo qəbul edilməzdir: “Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, ölkəmizdə 1 milyondan çox qaçqın və köçkün var. BMT-nin 4 qətnaməsində  erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması əksini tapsa da, bu qətnamələr, əfsuslar olsun ki, yerinə yetirilmir”.

Qeyd edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş keçirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?