Modern.az

“Üç ölkənin elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var”

“Üç ölkənin elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var”

Aktual

8 Avqust 2016, 20:59

“Azərbaycan, İran və Rusiya arasında elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

O bildirib ki, ölkələr arasında, elektrik şəbəkələrinin  birləşdirilməsi üçün imkanlar var: “Bu da çox əlverişli olacaq. Həmçinin, dəmiryollarının birləşməsi üçün müzakirələr aparılıb. Bu il Astara körpüsü üzərində dəmiryol xəttinin tikintisinin başa çatması planlaşdırılır. İnanırıq ki, tezliklə Şimal-Cənub dəhlizi istifadəyə veriləcək”.

 

“Prezidentlərin görüşünə dair yekun Bəyannamədə qeyd olunur ki, həll olunmamış münaqişələr narahatlıq doğurur və “Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”-, deyə nazir vurğulayıb.

 

O bildirib ki, Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair imkanlar yaranıb: “Bəyannamədə də həll olunmamış münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri və qəbul edilmiş qərarlar çərçivəsində danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?