“Azərbaycan və İran Rusiya üçün mehriban qonşu və mühüm tərəfdaşdır. Bizim məhsuldar əməkdaşlıq təcrübəmiz var. Bu gün biz, sozsüz ki, münasibətlərdə yeni səhifə açır, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk”. Modern.az saytı xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putun Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, belə bir format labüddür: “Biz əlaqələrimizdə yeni səhifə açırıq. Bu formatın vacibliyi aydın idi. Ölkələrimizin sərhədləri yaxınlığında Əfqanıstan, Yaxın Şərq yerləşir. Bunlar qeyri-stabil, qaynar nöqtələrdir və burada İŞİD və digər beynəlxalq terror təşkilatları fəaliyyət göstərir. Bunlar bizə real təhlükədir və plkələrimizin daha sıx əməkdaşlığını tələb edir. Biz terror təşkilatlarının fəaliyyəti barədə informasiya mübadiləsini vacib hesab edirik. Həmçinin bu format Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması baxımından vacibdir. Konvensiyanın imzalanması bütün 5 ölkənin maraqlarına xidmət edir.
Bu formatın “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaranması, energetika, neft, qaz yataqlarının işlənməsi baxımından da vacib olduğunu qeyd etməliyəm. Mədəniyyət, turizm, gənclər və təhsil sahələrində əməkdaşlığa da böyük diqqət ayırmaq lazımdır. Bu format gələcəkdə də qarşılıqlı faydalı xarakter daşıyacaq və ölkələrimizi maraqlarına xidmət edir. Bu formatda əməkdaşlıq Xəzər regionunun dinamik inkişafına töhfə verəcək. Rusiya birgə aktiv işə hazırdır”.
Modern.az