Azərbaycanı Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Əbdülqədir Abdullayev ilk döyüşünü başa vurub. Modern.az saytı xəbər verir ki, 91 kq çəkidə gedən mübarizədə rəqib fransalı Paul Omba Bionqolo olub.
Ə.Abdullayev hər üç raundda qalib gəlib və adını 1/4 finala yazdırıb.
Modern.az