Modern.az

Rüstəm Orucov Olimpiadada gümüş medal qazandı

Rüstəm Orucov Olimpiadada gümüş medal qazandı

Aktual

9 Avqust 2016, 00:46

Azərbaycanı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov finalda məğlub olaraq gümüş medal qazanıb. Modern.az saytı xəbər verir ki, Rüstəm Orucov yaponiyalı Ono Şohei məğlub oldu.

Qeyd edək ki, Rüstəm Orucov mübarizəyə 1/16 final mərhələsində Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.

 

O, 1/8 finalda avstraliyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirib. Bu rəqibini də ipponla keçən təmsilçimiz 1/4 finala yüksəlib. Rüstəm yarımfinala çıxmaq üçün macarıstanlı Miklos Unqvariyə qalib qəlib.

 

Yarımfinal mərhələsində israilli Saqi Muki ilə mübarizə aparıb. Gərgin keçən döyüşdə rəqibini yuka xalı ilə yenən idmançımız finala yüksəlib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...