Bu gün Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında daha bir neçə Azərbaycan idmançısı çıxış edəcək.
Modern.az xəbər verir ki, akademik avarçəkmə yarışlarında Aleksandr Aleksandrov və Boris Yutov yarımfinal mərhələsində (Saat: 17:30) mübarizə aparacaqlar.
Kamandan oxatma yarışlarında mübarizə aparacaq Olqa Senyuk 1/32 finalda (Saat: 23:50) çıxış edəcək.
Boks üzrə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq.
İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayacaq (Saat: 19:15).
Daha sonra Albert Səlimov 60 kq-da Olimpiadaya 1/8 finaldan qoşulacaq (Saat: 00:45).
Məhəmmədrəsul Məcidov isə superağır çəkidə (+91 kq) mübarizə 1/16 finaldan yarışlara başlayacaq (Saat: 02:00).
Modern.az