Modern.az

“Cüdoçularımız yaxşı mübarizə apardılar”

“Cüdoçularımız yaxşı mübarizə apardılar”

Aktual

10 Avqust 2016, 00:35

“Rio-de Janeyroda binalar, avtomobillərin saxlanma, yemək verilmə, qeydiyyat yerləri kənardan hazır görünsə də, əslində xeyli problem vardı”. Modern.az saytı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Rio Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov deyib.

O, bildirib ki, həmin problemlərin bir hissəsi bu gün də qalmaqdadır. "Sanitar qurğular, qaz, işıq, suyun nəqlində çox böyük problemlər var. Şükürlər oilsun ki, problemlər tədricən həll edilir" – deyə İlham Mədətov bildirib.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Rio-de Janeyroya komanda üzvlərimizdən öncə gəlib və idmançılarımızın qalacaqları bir neçə otaqda onlar üçün şərait yaradılmasını təmin edib.

"İndi komanda üzvlərimizin hamısını rahat yerləşdirmişik. Bu günlərdə bizə qoşulacaq güləş və taekvando komandamızı qarşılamağa hazırıq" – deyə Rio Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib.

İlham Mədətov qeyd edib ki, idmançılarımızın əhval-ruhiyyəsi yaxşıdır: "Cüdoçularımız çox yaxşı mübarizə apardılar. Bu mübarizə digər idmançılarımıza da müsbət təsir göstərir. İnanıram ki, bu gələcəkdə də belə olacaq".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı