Modern.az

İki boksçumuz Olimpiadada qələbə qazandı

İki boksçumuz Olimpiadada qələbə qazandı

Aktual

10 Avqust 2016, 10:03

Ötən gecə Rio-2016 yay Olimpiya Oyunlarında mübarizəyə qatılan 2 Azərbaycan boksçusu növbəti mərhələyə keçə bilib.

Modern.az-ın xəbərinə görə, ilk döyüşdəcə 2 qat dünya çempionu olmuş Məhəmmədrəsul Məcidov 91 kiloqramda 1/16 final mərhələsində döyüşüb.

Rinqdə rəqibi mərakeşli Mohammed Arjauini çətin vəziyyətə salan Məhəmmədrəsul Məcidov 3:0 hesabı ilə Mqalib gəlib.

Onun 1/8 finaldakı rəqibi qazaxıstanlı İvan Dıçko olacaq.

Digər boksçumuz Albert Səlimov 60 kq çəki dərəcəsində irlandiyalı Devid Oliver Coys ilə qarşılaşıb. Yekunda azərbaycanlı boksçu 3:0 hesabı ilə qalib gələrək, adını 1/4 finala yazdırıb. 

Səlimovun növbəti mərhələdə rəqibi fransalı Sofian Umiha olacaq.

 

Ağa AKİFOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı