Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un xəbərinə görə, rayonun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini 1995-ci il təvəllüdlü Murad Hacıyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Yaralı 1 saylı Kliniki Tıbbı Mərkəzə yerləşdirilib.
Araşdırmalar zamanı M.Hacıyevi bıçaqlayan şəxsin kimliyi müəyyənləşdirilib.
Məlum olub ki, bu, Naxçıvan şəhər sakini 1967-ci il təvəllüdlü Ülfət Hüseynovdur. Onun tutulması üçün əməliyyət tədbirləri keçirilir.
Modern.az