Modern.az

SOCAR-dan oğurluq edən şəxslər saxlanıldı

SOCAR-dan oğurluq edən şəxslər saxlanıldı

Aktual

10 Avqust 2016, 12:41

Qaradağ rayonu ərazisində növbəti oğurluq faktı qeydə alınıb.

 

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ rayon 11-ci polis bölməsinin əməkdaşları iyulun 1-də və 15-də Səngəçal qəsəbəsi ərazisindən keçən “SOCAR” şirkətinə məxsus yeraltı qaz kəmərinin 1232 metrlik hissəsini kəsərək oğurlayan şəxsləri yaxalayıb.

 

Faktla bağlı Bakı şəhər sakinləri Siyavuş Əliyev, Vüsal Atakişiyev, Elçin Məmmədov və Hacıqabul rayon sakini Taleh Günəşov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı