Modern.az

Cəbhə bölgəsində zabitlərə evlər verildi - Fotolar  

Cəbhə bölgəsində zabitlərə evlər verildi - Fotolar  

Aktual

27 Noyabr 2017, 19:51

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin  rəhbər heyəti cəbhə bölgəsində zabitlər üçün inşa edilən daha bir yaşayış kompleksinin açılışında iştirak edib. Modern.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ikimərtəbəli, 33 yaşayış və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub.

 

Müasir standartlara cavab verən yataqxana mebel və digər avadanlıqlarla təmin edilib.

 

Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, minifutbol meydançası və idman şəhərciyi salınıb, eləcə də hərbi qulluqçuların səmərəli istirahəti üçün digər lazımi şərait yaradılıb.

 

Müdafiə naziri general-polkovnik Z. Həsənov yeni inşa edilmiş zabit  yataqxanasında yaradılmış şəraitlə tanış olub, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı