Modern.az

İrandan Xəzərdə qəzaya uğrayan hərbi gəmi ilə bağlı açıqlama

İrandan Xəzərdə qəzaya uğrayan hərbi gəmi ilə bağlı açıqlama

Aktual

11 Yanvar 2018, 21:57

İran Hərbi-Dəniz Qüvvələrinə məxsus “Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilən  hüdudlayıcı dalğaqırana çırpılmasına səbəb texniki nasazlıq olub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın limanlar və gəmiçilik idarəsinin sədri Hadı Haqşenas bildirib.

 

Onun sözlərin görə, insident zamanı qayığın aşması nəticəsində ekipajın 2 üzvü xəsarət alıb.

 

Bundan əvvəl gəminin qəzaya düşməsinə səbəb qeyri-sabit hava şəraiti olduğu bildirilmişdi.

 

Bəzi yerli KİV-lər qəza zamanı 6 nəfərin dənizə düşdüyünü, onlardan 4 nəfərin xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirir. Bundan başqa, qəza nəticəsində, ümumilikdə, 14 nəfərin xəsarət aldığı bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı