Modern.az

Azərbaycanla Gürcüstan arasında yoldaşlıq matçı ləğv olundu

Azərbaycanla Gürcüstan arasında yoldaşlıq matçı ləğv olundu

Aktual

12 Yanvar 2018, 18:35

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

 

Modern.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)