Modern.az

Baş katib Zakir Əliyevə məktub göndərdi

Baş katib Zakir Əliyevə məktub göndərdi

Aktual

2 İyun 2018, 15:28

Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Zakir Əliyevin ünvanına Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi cənab Zurab Pololikşvili adından təşəkkür məktubu daxil olub.

 

Məktubda cənab Pololikaşvili  ÜTT adından cənab Əliyeva  peşəkar fəaliyyətinə, ölkənin turizm sektorunun inkişafına töhfə verdiyinə və BTİM-in (ÜTT-nın əlaqəli üzvü) direktoru qismində ÜTT-nın tədbirlərində və fəaliyətində iştirakına görə təşəkkürünü bildirib. Məktubda həmçinin Əliyevin ölkəsində  turizmin inkişafına yönəlmiş səylərinin davam edəcəyinə dair əminlik vurğulayıb.

 

ÜTT- BMT-nin hökumətlərarası ixtisaslaşmış təşkilatı olaraq 158 iştirakçı ölkəni və 507 əlaqəli üzvünü birləşdirir. Bakı Turizm İnformasiya Mərkəzi 2011-ci ildən ÜTT-nın əlaqəli üzvüdür.                                                                                                                                                                                                                                   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?