Modern.az

Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırıldı, böyük tıxac yarandı

Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırıldı, böyük tıxac yarandı

Aktual

2 İyun 2018, 15:34

İyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

 

Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Hələ ki körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb. 

 

Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.  

 

Hazırda Göyçay çayında sel davam edir. Körpünün dağılma təhlükəsi var.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?