Modern.az

İqtisadiyyat nazirinə yeni müavinlər təyin edilib

İqtisadiyyat nazirinə yeni müavinlər təyin edilib

Aktual

2 İyun 2018, 15:58

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Şirzad Abdullayev və Rüfət Məmmədov iqtisadiyyat naziri Şahin Mustafayevin müavinləri təyin olunub.

Bu barədə Modern.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Yeni vəzifəsinə qədər Şirzad Abdullayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub.

Rüfət Məmmədov isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsində işləyib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?