Modern.az

Milli Məclis Aparatının əməkdaşları Berlinə getdilər

Milli Məclis Aparatının əməkdaşları Berlinə getdilər

Aktual

2 İyun 2018, 17:02

May ayının 27-dən iyun ayının 2-dək Azərbaycan Respublikası Milli Məclis  Aparatının əməkdaşları Şahin Nəbiyev və Zöhrə Məmmədova  Almaniyanın paytaxtı Berlin şəhərində səfərdə olublar.

 

Səfər Almaniya Federativ Respublikası Parlamentinin (Bundestaq) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) maliyyə və təşkilatı dəstəyi ilə GIZ-in “Şərq Tərəfdaşlığı Ölkələrində parlament administrasiyalarının gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Nümayəndə heyətini Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşı Ülvi Abasquliyev müşayiət edib.  

 

Səfərin həyata keçirilməsində məqsəd Almanıya  Bundestaqının fəaliyyəti (qanunvericilik prosesi, ictimaiyyətlə əlaqələrin qurulması və s.) ilə tanışlıq, təcrübə mübadiləsi olub.

 

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” (Eastern Partnership) proqramı Avropa Birliyinin yeni layihələrindən biri hesab olunub.  Proqram 2008-ci ilin may ayında Avropa Birliyinin üzvləri olan Polşa və İsveç irəli sürüb. “Şərq tərəfdaşlığı” Proqramının əsası  2009-cu ildə Praqada qoyulub. Proqram Avropa İttifaqı və altı tərəfdaş ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və  Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür. Şərq tərəfdaşlığının əsas hədəfi 6 post-sovet respublikasının  Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir.

 

Bu təşəbbüs demokratiya,  qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə  əsaslanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?