Modern.az

İranda hərbi təyyarə qəzaya uğradı

İranda hərbi təyyarə qəzaya uğradı

Aktual

2 İyun 2018, 17:09

İran hərbi Hava Qüvvələrinə məxsus F-7 qırıcısı ölkənin mərkəzi ərazilərində qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə “Extranews” İran rəsmilərinə istinadən məlumat yayıb.

Hadisə İsfahan yaxınlığında baş verib. Məlumata görə F-7 qırıcısı Həsənabad yaşayış məntəqəsi yaxınlığında səhralıq yerdə qəzaya uğrayıb.

Qəzadan əvvəl iki pilotun da özlərini təxliyə edə bildikləri bildirilir.

Hazırda hadisə yerində təhlükəsizlik xidmətinin əməkdaşları təhqiqat işləri aparırlar.

 

Əvəz ZEYNALOV

  

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?