Modern.az

Daşqına düşən avtomobilində köməksiz qalanlar xilas edilib

Daşqına düşən avtomobilində köməksiz qalanlar xilas edilib

Aktual

2 İyun 2018, 20:12

Ağsuçayda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Ağsuçay çayının Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində 4 nəfər "UAZ" markalı minik avtomobilinin içərisində köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri vətəndaşların xilas olunmasını təmin ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır