Modern.az

Şiddətli yağışların vurduğu ziyan aradan qaldırılır

Şiddətli yağışların vurduğu ziyan aradan qaldırılır

Aktual

2 İyun 2018, 23:37

Marneuli bələdiyyəsində şiddətli yağış nəticəsində, Yağılca düzənliyindən gələn sel şəhərin küçələrində, yaşayış evlərinin zirzəmilərinə, alt mərtəbələrinə, həyətyanı sahələrinə dolub. Modern.az xəbər verir ki, Vaja Pşavela, Qurucu Davit, Yağılca, Sulxan Saba, Leonidze və Kobulet küçələrinin sakinləri seldən zərərçəkiblər.

Yuxarıda qeyd olunan və qeyd olunmayan zərər görmüş küçələrin sakinlərinə Fövqəladə Halların İdarəsi Xidmətinin əməkdaşları yardım göstərir.

 

Bələdiyyənin meri Temur Abazov, müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze, Sakrebulonun majoritar deputatları və Yerli Özünüidarəetmənin müvafiq xidmətlərinin nümayəndələri zərərçəkənlərlə görüşüblər.

Qeyd etmək lazımdır ki, bələdiyyənin Meriyasında şiddətli yağışın vurduğu ziyanı hesablayacaq komissiya yaradıldı. Komissiya Meriyanın səlahiyyətləri çərçivəsində lazımi tədbirləri görəcək.

Hazırda Fövqəladə Halların İdarəsi Xidmətinin əməkdaşları hadisə yerində köməklik işlərini davam etdirirlər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?