Modern.az

1963-cü ilin “Ferrari”si 70 milyon dollara satıldı

1963-cü ilin “Ferrari”si 70 milyon dollara satıldı

Aktual

3 İyun 2018, 10:18

"Ferrari"nin 1963-cü il buraxılışlı olan idman avtomobili 70 milyon dollara satılıb.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu qiymət avtomobil alışında rekord qiymətdir.

 

Bundan qabaqkı rekord 2013-cü ildə eyni "Ferrari" modelinin satışında qeydə alınıb. Onu 53 milyon dollara əldə ediblər.

 

Qeyd edək ki, İtaliyanın "Ferraro" şirkəti 1962-1964-cü illərdə bu modeldən 36 dənə istehsal edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?