Modern.az

NATO-nun baş katibi: İsrail İranla münaqişəyə başlasa, Alyans ona kömək etməyəcək

NATO-nun baş katibi: İsrail İranla münaqişəyə başlasa, Alyans ona kömək etməyəcək

Aktual

3 İyun 2018, 11:21

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsrail İranla münaqişəyə başlayarsa, Alyans ona kömək etməyəcək.

 

Modern.az-a Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

 

Baş katibin sözlərinə görə, İsrail NATO-nun tərəfdaşı olsa da ona üzv deyil, buna görə də Alyans ölkənin tam təhlükəsizliyinə təminat verə bilməz.

O həmçinin vurğulayıb ki, Alyans Yaxın Şərqdəki nizamasalma prosesində iştirak etmir: "Bu bizim işimiz deyil ".

Yens Stoltenberq onu da əlavə edib ki, NATO-ya üzv ölkələr arasında nüvə müqaviləsi ilə əlaqədar İranla fikir ayrılığı var.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır