Modern.az

Üzərində odlu silah gəzdirən Mingəçevir sakini saxlanılıb

Üzərində odlu silah gəzdirən Mingəçevir sakini saxlanılıb

Aktual

3 İyun 2018, 11:58

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılmış və Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilmiş odlu silah və əlində olan sellofan torbadakı  qutunun içərisindən 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat Kalaşnikov gülləsi aşkar olunaraq götürülüb.

 

Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?