Modern.az

55 yaşlı kişi bıçaqla intihara cəhd etdi - ŞƏMKİRDƏ

55 yaşlı kişi bıçaqla intihara cəhd etdi - ŞƏMKİRDƏ

Aktual

3 İyun 2018, 12:44

 Şəmkir rayonunda yerli sakin özünə xəsarət yetirib.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. 

 

Kənd sakini, 55 yaşlı Abdullayev Asif Rüstəm oğlu yaşadığı evdə özünə bıçaqla xəsarət yetirib. Yaxınlarının bildirdiyinə görə, o, əsəbi halda, hələ ki bilinməyən səbəbdən özünün qol və qarın nahiyələrinə xəsarət yeririb. Yaralının vəziyyəti ağırlaşdığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyata alınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?