Modern.az

Nazirlik yanğın zonasında monitorinqə başladı - VİDEO

Nazirlik yanğın zonasında monitorinqə başladı - VİDEO

Aktual

3 İyun 2018, 20:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıdakı zavodda yanğınla bağlı məlumat yayıb. Nazirlikdən Modern.az-a verilən məlumatda bildirilir ki, iyunun 3-də Binəqədi rayonu, 7-ci mikrarayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.

ETSN-in əməkdaşları dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma işlərinə başanılıb. Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?