Modern.az

Gədəbəydə iki maşın toqquşub - 2 ölü, 4 yaralı

Gədəbəydə iki maşın toqquşub - 2 ölü, 4 yaralı

Aktual

4 İyun 2018, 08:49

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.  Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. 

 

Hərəkətdə olan iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər. 

 

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb. 

 

 

Faktla bağlı araşdırma aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)