2018-ci ilin əvvəlindən Avropaya gələn miqrantların sayı 32 min nəfəri ötüb.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, miqrantlardan 42 faizi Yunanıstana, 24 faizi isə İspaniyaya gəlib.
Qeyd edək ki, 2017-ci ilin eyni dövründə Avropaya 70 mindən çox, 2016-cı ilin ilk beş ayı ərzində isə 230 min miqrant gəlmişdi.