Modern.az

Magistraturaya qəbulla bağlı Apellyasiya Komissiyası yaradıldı

Magistraturaya qəbulla bağlı Apellyasiya Komissiyası yaradıldı

Aktual

4 İyun 2018, 11:41

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası yaradılıb.

DİM-dən Modern.az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

 

Bakalavrlar Apellyasiya Komissiyasına iyunun 4-dən 6-dək saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?