Modern.az

Yerevanda sərnişin daşıyıcıları etiraz aksiyası keçirir

Yerevanda sərnişin daşıyıcıları etiraz aksiyası keçirir

Aktual

4 İyun 2018, 13:24

Yerevanda Ermənistandan Rusiyaya və əks istiqamətdə sərnişin daşıyan təşkilatların nümayəndələri etiraz aksiyası keçirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyaya lisensiyasız sərnişin daşımalarına qadağa qoyulması barədə qərar səbəb olub.

Qeyd olunur ki, sərnişin daşıyıcıları qadağanın müvəqqəti dayandırılmasını və ya aradan qaldırılmasını tələb edir.

Bundan başqa, bu sahədə kiçik şirkətlərin iştirakının asanlaşdırılması üçün tenderlərin keçirilmə şərtlərinin dəyişdirilməsi də tələb olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...