Modern.az

DİN Gədəbəydə baş verən qəza ilə bağlı məlumat yaydı

DİN Gədəbəydə baş verən qəza ilə bağlı məlumat yaydı

Aktual

4 İyun 2018, 13:50

Gədəbəy rayonunun Gər-Gər kəndində yol-nəqliyyat hadisəsi baş verib

DİN-dən Modern.az-a verilən məlumata görə, iyunun 3-də saat 19 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndində Kiçik Qaramurad kənd sakini Nail Qarayevin idarə etdiyi “VAZ-2107” və Hacalılar kənd sakini Aydın İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, A.İsmayılovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sürücülər orada ölüblər.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?