Modern.az

Sumqayıtda 9 evdən oğurluq edən dəstə tutuldu

Sumqayıtda 9 evdən oğurluq edən dəstə tutuldu

Aktual

4 İyun 2018, 14:48

Sumqayıtda 9 evdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyunun 1-dək olan müddətdə şəhər ərazisində 9 evdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.

Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?