İyunun 5-də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 ili tamam olur.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında” 17 may 2018-ci il tarixli Sərəncam imzalamışdır.
5 iyun 2018-ci il tarixində, saat 12:00-da Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti Mikayıl Müşfiqin Yasamal rayonunda yerləşən abidəsini ziyarət edəcək, büstü qarşısına gül qoyacaq.