Modern.az

İlham Əliyev 7 yaşayış məntəqəsinin yol tikintisinə 3 milyon ayırdı

İlham Əliyev 7 yaşayış məntəqəsinin yol tikintisinə 3 milyon ayırdı

Aktual

4 İyun 2018, 17:57

Prezident İlham Əliyev iyunun 4-də “Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?