Modern.az

Azərbaycanda yol qəzası bir ildə 750 can aldı

Azərbaycanda yol qəzası bir ildə 750 can aldı

Aktual

4 İyun 2018, 20:39

Ötən il Azərbaycanda yol nəqliyyatı hadisələrində 750 nəfər dünyasını dəyişib, 1 719 nəfər yaralanıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, ümumilikdə ötən illər ərzində yol nəqliyyatı hadisələrində dünyasını dəyişənlərin və yaralananların sayı azalıb.

 

Azərbaycanda 2013-cü ildə 1 164, 2014-cü ildə 1 124, 2015-ci ildə 894, 2016-cı ildə 759 nəfər avtomobil qəzalarında həlak olub.

 

Yaralıların sayına gəldikdə, 2013-cü ildə 2 948, 2014-cü ildə 2 676, 2015-ci ildə 2 265, 2016-cı ildə 2 003 nəfər qəzalarda xəsarət alıb.

 

Ümumilikdə ötən il 1 833 yol nəqliyyat hadisəsi baş verib ki, onun 938-i nəqliyyat vasitələri və piyadaların iştirakı ilə olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?