Modern.az

Balıq tutan gənci cərəyan vurub öldürdü

Balıq tutan gənci cərəyan vurub öldürdü

Aktual

4 İyun 2018, 21:12

Kürdəmir rayon sakinini elektrik cərəyanı vurub. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çol Qubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov dostları ilə birlikdə yaşadığı ərazidəki su kanalına balıq tutmağa gedib və elektrik enerjisi ilə ov edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...