Modern.az

Bitkoinin qiyməti kəskin ucuzlaşacaq - Proqnoz

Bitkoinin qiyməti kəskin ucuzlaşacaq - Proqnoz

Aktual

4 İyun 2018, 23:14

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bitkoin 7,6 min dollara alınıb satılır. Mütəxəssislər yaxın zamanlarda kriptovalyutanın qiymətinin kəskin düşə biləcəyini deyir.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,08% ucuzlaşaraq 7,615 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində artım qeydə alınıb. Belə ki, "Ethereum" 0,83% və ya 608,97 dollaradək, "Ripple" 2,95% (0,672 dollara qədər) , "Bitcoin Cash" 3,74% (1,15 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 345,16 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?