Modern.az

Azərbaycan-Rusiya sərhədində xüsusi əməliyyata başlanıldı

Azərbaycan-Rusiya sərhədində xüsusi əməliyyata başlanıldı

Aktual

4 İyun 2018, 23:28

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatlarına başlanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal-qərb və şimalında, Rusiya dövləti ilə həmsərhəd rayonlarında keçirilir. Rayonların girişində polis postları qurulub. Bu gün başlanılan əməliyyatlar iyun ayının 10-dək davam etməsi planlaşdırılır.

 

Əməliyyatlar Rusiya ilə Azərbaycan Daxili İşlər Nazirlikləri arasında qəbul olunan razılaşmaya əsasən aparılır. Tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?